Azərbaycan, Bakı, 15 may /Trend, müxbirlər T.Cəfərov, E.Tarıverdiyeva/
Əgər Bağdaddakı danışıqlar İran və "altılıq" arasında İstanbulda baş tutan danışıqlara bənzər ab-havada keçərsə, müsbət nəticə əldə oluna bilər. Trend-in FARS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.
İran ölkənin nüvə fəaliyyəti ilə bağlı mübahisəli məsələni həll etmək üçün mayın 23-də Bağdadda "altılıq"la görüşəcək.
Mehmanpərəst qeyd edib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Bağdadda qarşıdakı danışıqların əsas məsələləri üzərində işləyirlər.
XİN rəsmisi ümid etdiyini bildirib ki, danışıqlar konstruktiv olacaq.