...

Əli Həsənov: Bəzi dairələr Azərbaycan və Gürcüstan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır

Siyasət Materials 21 May 2012 12:41 (UTC +04:00)
Bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır və onu pozmağa çalışır.
Əli Həsənov: Bəzi dairələr Azərbaycan və Gürcüstan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərindən narahatdır və onu pozmağa çalışır. Buna görə də David Qareci monastrının hansı ərazidə yerləşməsi məsələsini gündəmə gətirirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirilən mətbuat konfransında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov bildirib ki, Azərbaycan və Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərin delimitasiyası işləri aparılıb və həmin kilsənin ərazisinin Azərbaycana aid olduğu, Azərbaycan tərəfdən həmin ərazinin qorunmalı olduğu təsdiqlənib.

Onun sözlərinə görə, bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışır.

Həsənov deyib ki, bəzən Azərbaycanda da bir qrup şəxslər Borçalı məsələsini dilə gətirirlər, lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq.

"Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq", - PA rəsmisi qeyd edib.

XİN-in mətbuat katibi Elman Abdullayev isə mətbuat konfransında deyib ki, Gürcüstanla Azərbaycan arasında bu məsələ ilə bağlı heç bir problem yoxdur.

O qeyd edib ki, bu məsələ xarici işlər nazirləri tərəfindən də müzakirə olunub. Bu məsələyə hüquqi tərəfdən baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti