...

Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək

Siyasət Materials 29 May 2012 14:37 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək.
Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov BMT Sivilizasiyalar Alyansının Tərəfdaşlar Forumunda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti bu məqsədlə mayın 30-31-i Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

"Forumun keçirilməsində məqsəd daha güclü ittifaq üçün yeni tərəfdaşlıq, qarşıdakı dövrdə prioritet vəzifələr və hədəflər barədə fikir mübadiləsi aparmaqdır", - Təvəkküloğlu deyib.

Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Pan Gi Mun çıxış edəcəklər.

Tədbir çərçivəsində keçiriləcək sessiyalarda "Mədəniyyətlər ittifaqı və qlobal siyasət", "Münaqişələrin qarşısının alınması və vasitəçilik", "Qlobal sülhə baxış" mövzularında müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti