...

Türkiyə Suriya səfirini ölkədən çıxarıb

Siyasət Materials 30 May 2012 15:09 (UTC +04:00)
Bu gün Türkiyə Suriyanın Hula kəndinin sakinlərinin kütləvi qətliamına etiraz əlaməti olaraq bu ölkənin Ankaradakı səfirini ölkədən çıxarıb.
Türkiyə Suriya səfirini ölkədən çıxarıb

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyə Suriyanın Hula kəndinin sakinlərinin kütləvi qətliamına etiraz əlaməti olaraq bu ölkənin Ankaradakı səfirini ölkədən çıxarıb. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Diplomat 72 saat ərzində Türkiyəni tərk etməlidir.

Dünən ABŞ, İspaniya, Böyük Britaniya, İtaliya, Kanada, Fransa, Avstraliya, Almaniya, Niderland və bir sıra digər ölkələr də Suriya diplomatlarını öz ölkələrindən çıxardıqlarını açıqlayıblar.

Beynəlxalq müşahidəçilərin məlumatına görə, mayın 25-26-da Hulaya hücumun qurbanlarının sayı 100 nəfərdən çox olub. Onların arasında qadınlar və uşaqlar da var.

Qurbanların əksəriyyəti əsasən, yaxın məsafədən açılan atəşlə qətlə yetirilib. Yerdə qalanlar artilleriya atəşi nəticəsində həlak olublar.

Suriya hakimiyyəti faciədə əli olduğunu inkar edir və qətliama görə məsuliyəti islam yaraqlılarının üzərinə atır.

Xəbər lenti

Xəbər lenti