Azərbaycan, Bakı, 30 may /Trend/
28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklər davam edir.
"Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə səmimi salamlarımı və təbriklərimi çatdırmaq mənə şərəf verir. Zati-alilərinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram", - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Əl Nəhyan təbrik məktubunda qeyd edib.
Macarıstanın Prezidenti Yanoş Aderdən: "Xahiş edirəm, Azərbaycan Respublikasının milli bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Macarıstan Azərbaycanın təhlükəsizlik mühiti yaratmaq, həmçinin Avropaya və Avratlantik strukturlara inteqrasiyanı bundan sonra da davam etdirmək istiqamətində Sizin səylərinizi böyük maraq və rəğbətlə izləyir.
Sizi əmin edə bilərəm ki, Macarıstan ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etməsinə, eyni zamanda, Azərbaycan ilə əməkdaşlığın yeni və qarşılıqlı faydalı formalarının yaradılmasına hazırdır. Fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırmaq istərdim".
Prezident İlham Əliyevi təbrik edənlər sırasında Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte də var.
"Xahiş edirəm Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi qəbul edin. Litva xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı, xoşbəxtlik və rifah arzulayıram. Ümid edirəm ki, Litva ilə Azərbaycan arasında iqtisadi, mədəni, enerji, siyasi və sosial sahələrdə mövcud müsbət və praqmatik əlaqələr daim genişlənəcəkdir. Qəti əminəm ki, ikitərəfli əlaqələrimiz nəinki Litva və Azərbaycan xalqlarının təhlükəsizliyi və rifahını möhkəmləndirməyə kömək edəcəkdir, həmçinin Baltik dənizindən Xəzər dənizinədək bütün regionda əməkdaşlığı genişləndirməyə töhfə verəcəkdir. Bir daha Respublika Günü münasibətilə təbriklərimi çatdırmaq istərdim. Cənab Prezident, xahiş edirəm dərin ehtiramımı qəbul edin", - təbrikdə deyilir.
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq diləyirəm", - Norveç Kralı V Haraldın təbrikində bildirilir.
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Zati-alinizə, eyni zamanda, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xalqınıza davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasında mövcud olan gözəl əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir", - Malta Respublikasının Prezidenti Corc Abelanın təbrik məktubunda qeyd olunur.
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan: "Şri-Lanka hökuməti və xalqı adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Ümid edirəm ki, ölkələrimiz arasında mövcud dostluq əlaqələri və sıx əməkdaşlıq bundan sonrakı illərdə də möhkəmlənəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm".
"Dost ölkənizin milli bayramı münasibətilə şəxsən öz adımdan və Liviya xalqı adından Sizə ən səmimi təbriklərimi və arzularımı yetirmək mənim üçün xoşdur. Sizə cansağlığı və səadət, dost Azərbaycan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram", - Liviya Milli Keçid Şurasının sədri Mustafa Abdulcəlilin təbrikində deyilir.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum da Prezident İlham Əliyevi təbrik edib.
"Birləşmiş Ərəb Əmirliklərinin xalqı, hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alilərinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırıram. Zati-alilərinizə xoşbəxtlik və Azərbaycanın qardaş xalqına sülh və firavanlıq arzulayıram", - təbrikdə bildirilir.
MDB Parlamentlərarası Assambleyasının baş katibi A.Sergeyevdən: "MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimizi qəbul edin. Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, sülh, Azərbaycan Respublikasının firavanlığı və səadəti naminə nəcib fəaliyyətinizdə uğurlar diləyirik".
Prezident İlham Əliyevi təbrik edənlər sırasında Gürcüstan Prezidenti Mixail Saakaşvili də var.
"Sizi və qardaş Azərbaycan xalqını dövlət bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Gürcüstan ilə Azərbaycanı dərin tarixi tellər bağlayır. Biz həmişə, bütün dövrlərdə mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Bizim ümumi keçmişimiz var və ümumi çağırışlar qarşısındayıq. Bu gün bizim münasibətlərimiz tamamilə yeni səviyyədə - strateji tərəfdaşlıq səviyyəsindədir.
Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da Sizin rəhbərliyiniz altında səmərəli inkişaf edəcək, regionumuzda sülh və sabitliyin bərqərar olmasına, firavanlığa şərait yaradacaqdır. Fürsətdən istifadə edib, Sizə ən dərin hörmətimi bildirirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına səadət və firavanlıq arzulayıram", - təbrikdə deyilir.
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan: "İcazə verin, Sizi dövlət bayramı - Respublika Günü münasibətilə təbrik edim. Xahiş edirəm, mənim ən xoş arzularımı, yüksək dövləti fəaliyyətinizdə uğur, Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə zəfər diləklərimi qəbul edin".