...

Siyavuş Novruzov: Azərbaycana olan təzyiqlər həm "Eurovision", həm də ölkəmizin inkişafı ilə bağlı idi

Siyasət Materials 31 May 2012 16:38 (UTC +04:00)
Azərbaycana olan müəyyən təzyiqlər həm "Eurovision" mahnı müsabiqəsi, həm də ölkəmizin inkişafı və uğurları ilə bağlı idi. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov: Azərbaycana olan təzyiqlər həm "Eurovision", həm də ölkəmizin inkişafı ilə bağlı idi

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycana olan müəyyən təzyiqlər həm "Eurovision" mahnı müsabiqəsi, həm də ölkəmizin inkişafı və uğurları ilə bağlı idi. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

"Bir çox qüvvələr Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər. İstəyirlər ki, Azərbaycan kiçik və zəif dövlət olsun və onların istənilən şərtlərini qəbul etsin. Azərbaycanda qısa müddət ərzində böyük işlər görülüb, ciddi nailiyyətlər qazanılıb. Ölkəmizin bütün guşələrində quruculuq işləri həyata keçirilir. Təbii ki, bütün bunları Avropa da, İran da, Ermənistan da görür. Azərbaycana qarşı təzyiqlər ona görə edilir ki, ölkəmizin neft gəlirləri xalqımızın maraqlarına, əhalinin sosial rifahına sərf olunur, insan kapitalına çevrilir", - o deyib.

Novruzov qeyd edib ki, bir sıra qüvvələrin istəməsə də, "Eurovision 2012" mahnı müsabiqəsi yüksək səviyyədə keçirildi.

"Amma burada bir vacib məsələ ortaya çıxdı. Keçmişdə satqınlar olurdu ki, müdafiə qalasının zəif yerini düşmənə göstərirdilər və yaxud gecə vaxtı qapını açıb düşməni içəri buraxırdılar. Məsələn, Dədə Qorqud dastanında olan yalıncıqlar, Babəki düşmənə satan səhl ibn sumbatlar kimi xarakteri olan insanların hamısı bu ərəfədə üzə çıxdı. Bu prosesin gözəl nəticələrindən biri də odur ki, xalqımız bu tipli adamların kim olduğunu gördü. Bu adamlar Azərbaycan siyasətində özlərini tamamilə biabır etdilər", - o deyib.

Millət vəkili qeyd edib ki, əsas olan xalqın "Eurovision"un keçirilməsinə verdiyi dəstəkdir.

"Yəni bizim üçün hansısa dövlətin yox, xalqımızın dəstəyi əsasdır. Bu gün Azərbaycan xalqı çox böyük fəxarət hissi keçirir ki, belə möhtəşəm tədbir baş tutdu. Xüsusilə, müsabiqənin gedişi zamanı Azərbaycan haqqında, Qarabağ, Naxçıvan və digər bölgələr haqqında təqdimatlar oldu və bu, çox önəmli idi. Ölkəmiz haqqında onilliklər boyu aparılacaq tədbliğat məhz bir tədbir çərçivəsində reallaşdı. Dünyanın 50-dək ölkəsində birbaşa yayımla insanlar televiziyalarda, meydanlarda bu müsabiqəni, eləcə də Azərbaycanın təbliğatını izlədilər. Bu təbliğatı istəməyənlər hansı qüvvələrdir? Təbii ki, Ermənistan, İran, müəyyən xarici qüvvələr və Azərbaycanda onların quyruğu olan "beşinci kolon", yəni yalıncıqlar, səhl ibn sumbatlar", - Novruzov deyib.

Xəbər lenti

Xəbər lenti