...

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 6 İyun 2012 12:58 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 6-da Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb.
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakıda Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 6-da Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlunun Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanında Azərbaycan və Türk şəhidliyini ziyarət etdikdən sonra türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib.

Görüşdə ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olub. Söhbət zamanı regionda hərbi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc iştirak edib.

Xəbər lenti

Xəbər lenti