...

Ramil Usubov almaniyalı baş redaktoru və sabiq nazir müavinini qəbul edib

Siyasət Materials 12 İyun 2012 16:01 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 12-də ölkəmizdə səfərdə olan Almaniyanın "Behörden Spiegel" qəzetinin baş redaktoru Üve Prollu və idarə heyətinin üzvü, daxili işlər nazirinin sabiq müavini Auqust Hanninqi qəbul edib.
Ramil Usubov almaniyalı baş redaktoru və sabiq nazir müavinini qəbul edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 12-də ölkəmizdə səfərdə olan Almaniyanın "Behörden Spiegel" qəzetinin baş redaktoru Üve Prollu və idarə heyətinin üzvü, daxili işlər nazirinin sabiq müavini Auqust Hanninqi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərin əsas məqsədi cari ilin sentyabr ayında Bonn şəhərində həmin mətbuat orqanının Almaniya Daxili İşlər Nazirliyi ilə birgə keçirəcəyi "Fövqəladə halların idarə olunması və mülki müdafiənin təşkili üzrə 8-ci Avropa Konqresi"ndə Azərbaycanın təmsil olunmasına dair məsələləri müzakirə etməkdir.

Qonaqları salamlayan nazir 2007-ci ilin fevral və 2008-ci ilin yanvar aylarında Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi və "Behörden Spiegel" qəzetinin birgə təşəbbüsü ilə Berlində keçirilmiş 10-cu və 11-ci Avropa Polis Konqresində, həmçinin 2008-ci ilin noyabr ayında 7-ci Berlin Təhlükəsizlik Konfransında iştirakını və sonuncu səfər çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə iki ölkənin Daxili İşlər Nazirlikləri arasında imzalanmış Birgə Niyyət Bəyanatını xatırladıb.

Azərbaycanın polis orqanlarının ayrı-ayrı fəaliyyət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni qanunların işlənib hazırlanması sahəsində həm də almaniyalı ekspertlərin köməyi minnətdarlıqla qeyd edilib.

Auqust Hanninq Avropanın sərhəddində yerləşən vacib bir ölkə kimi Azərbaycanın önəmini qeyd edib, "Eurovision 2012" mahnı müsabiqəsi günlərində təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri yüksək qiymətləndirib, ulu öndər Heydər Əliyevlə yaddaqalan və maraqlı görüşünü xatırladıb.

Üve Proll növbəti Polis Konqresi barədə daha geniş məlumat verib, bölgədə Avropa standartlarına uyğun olmaq üçün Azərbaycanın çox iş gördüyünü bildirib.

Səmimi və dostluq şəraitində keçirilən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti