...

ATƏT sədri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb

Siyasət Materials 14 İyun 2012 11:51 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ATƏT sədri Eymon Gilmor ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb.
ATƏT sədri Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda səfərdə olan ATƏT sədri Eymon Gilmor ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb.

Görüşdə iştirak edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Trend-ə bildirib ki, görüşdə AXCP sədri Əli Kərimli, Musavat başqanı İsa Qəmbər, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa və digər partiyaların rəhbərləri iştirak edib.

Görüşdə Azərbaycandakı hazırkı ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanla ATƏT arasındakı əlaqələr və digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti