...

Qəbələ RLS-in icarəsindən imtina Rusiyanın təhlükəsizliyinə zərər vurmayacaq - general

Siyasət Materials 20 İyun 2012 15:39 (UTC +04:00)
Rusiyanın Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) icayə götürməkdən mümkün imtinası ölkənin təhlükəsizliyinə zərər vurmayacaq.
Qəbələ RLS-in icarəsindən imtina Rusiyanın təhlükəsizliyinə zərər vurmayacaq - general

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Rusiyanın Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) icayə götürməkdən mümkün imtinası ölkənin təhlükəsizliyinə zərər vurmayacaq. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Hərbi-Kosmik Müdafiə Qoşunları komandanı, general-leytenant Oleq Ostapenko bildirib.

"Hazırkı mərhələdə bu stansiyadan imtina edəcəyimiz və buna zərurət yaranacağı təqdirdə, habelə belə qərar olarsa, biz bunu elə formada edəcəyik ki, dövlətimizə və onun təhlükəsizliyinə, müdafiə qabiliyyətinə zərər vurmayaq. Bu bizim əsas məqsədimizdir", - Ostapenko deyib və əlavə edib ki, Rusiya üçün desimetrlik və metrlik diapazonlarda işləyən "Voronej" yüksək yerli hazırlıq tipli hava hücumundan xəbərdarlıq sistemləri Qəbələ RLS-i layiqli əvəz edəcək.

"Armavirdəki stansiyaya gəlincə, o, Qəbələ RLS-in yerinə yetirdiyi vəzifələri daha yüksək səviyyədə həll etməyə qadirdir", - general qeyd edib. "Armavir RLS parametrlərinə görə Qəbələ RLS-i üstələyirmi" sualına komandan "birmənalı" cavabını verib.

Qəbələ RLS-in taleyi ilə bağlı Rusiya-Azərbaycan danışıqlarındakı vəziyyət haqqında suala birbaşa cavab verməyən Ostapenko deyib ki, Qəbələ stansiyasi ilə bağlı hələlik ətraflı şəkildə heç nə deməyəcək. "Müvafiq qərarlar qəbul ediləcək və biz onlara uyğun şəkildə işləyəcəyik", - general vurğulayıb.

Bununla əlaqədar, o, göstəricilərinə görə əvvəlki stansiyaları xeyli üstələyən "Voronej" tipli RLS layihəsinin bir qrup rəhbərinə bu yaxınlarda Rusiya Dövlət Mükafatının verilməsini "təsadüfi" saymayıb.

Bununla belə, komandan etiraf edib ki, Qəbələ RLS hələ Rusiyanın maraqlarına cavab verə bilərdi. "Konkret tapşırığı yerinə yetirən istənilən obyektə, yəqin ki, tələbat olardı", - Ostapenko deyib.

Xəbər lenti

Xəbər lenti