...

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi qeyd ediləcək

Siyasət Materials 23 İyun 2012 14:30 (UTC +04:00)
Millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun tədbirlərində iştirak etmək üçün iyunun 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun tədbirlərində iştirak etmək üçün iyunun 25-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, səfər müddətində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyinə həsr olunmuş üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısı keçiriləcək. Yubiley tədbirləri çərçivəsində təşkilatın Xarici İşlər Nazirləri Şurasının, Parlament Məclisinin xüsusi iclasları, habelə qeyri-hökumət təşkilatları, ticarət və investisiyalara dair forumları olacaq.

Deputatımız, həmçinin QDİƏT Parlament Məclisinin prosedur qaydaları üzrə işçi qrupunun iclasında iştirak edəcək.

İstanbulda keçiriləcək tədbirlərdən sonra Asəf Hacıyev QDİƏT Parlament Məclisində Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun dəvəti ilə Moskvaya yola düşəcək. Millət vəkili qurumda təmsil olunan nümayəndə heyətləri başçılarının burada keçiriləcək görüşünə qatılacaq, təşkilatın prosedur qaydaları ilə bağlı məsələyə münasibətini bildirəcək.

Xəbər lenti

Xəbər lenti