...

Azərbaycan Silahlı Qüvvələrinin Günü Türkiyədə qeyd olunub (FOTO)

Siyasət Materials 26 İyun 2012 04:02 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə bazar ertəsi Ankara şəhərində "Park Hotel" mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil edib.
Azərbaycan Silahlı Qüvvələrinin Günü Türkiyədə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümü münasibətilə bazar ertəsi Ankara şəhərində "Park Hotel" mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil edib.

Səfirliyin mətbuat katibi Elsevər Salmanov Trend-ə bildirib ki, tədbirdə səfirliyin əməkdaşları, Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələri komandanı Admiral Murat Bilgel, Türkiyə Respublikası Jandarma Qüvvələri komandanı Ordu Generalı Bekir Kalyoncu, Türkiyə Respublikası Müdafiə Sənayesi sahəsində fəaliyyət göstərən mühüm şirkətlərin rəhbərləri və təmsilçiləri, Türkiyə Respublikası Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri, Türkiyədə hərbi təhsil alan azərbaycanlı zabitlər və kursantlar, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Orta Asiya regionu üzrə Baş Departamentinin Rəhbəri Fatih Ceylan, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyə Respublikasının digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, diaspor nümayəndələrimiz və çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı iştirakçılara milli ordumuzun yaranma və inkişaf tarixi ilə bağlı video material nümayiş etdirilmişdir və ziyafət verilmişdir.

Rəsmi qəbulun sonunda tədbir iştirakçılarına İrs jurnalının türk dilində olan buraxılışı İrs-Miras jurnalları təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti