...

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Siyasət Materials 2 İyul 2012 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

"Milli bayram - Respublika Günü münasibətilə Sizə və dost Belarusun bütün xalqına mənim təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Bu gün Belarus dövlətçiliyin, qanunçuluğun və hüquqi qaydanın möhkəmləndirilməsi, cəmiyyətin həyatının bütün tərəflərinin modernləşdirilməsi yolu ilə uğurla irəliləyir. Azərbaycan ilə Belarusu qırılmaz dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, bundan sonra da bizim səylərimiz bu xeyirxah ənənələrin qorunub saxlanmasına və artırılmasına, dövlətlərarası münasibətlərimizin genişləndirilməsinə yönələcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Aleksandr Lukaşenkoya möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti