...

İran kiber-hücumlarla mübarizə üzrə təhlükəsizlik mərkəzini işə salıb

Siyasət Materials 6 İyul 2012 11:52 (UTC +04:00)
İran kiber-hücumlarla mübarizə ilə əlaqədar Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzi (TƏM) yaradıb. Bu barədə Trend "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.
İran kiber-hücumlarla mübarizə üzrə təhlükəsizlik mərkəzini işə salıb

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran kiber-hücumlarla mübarizə ilə əlaqədar Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzi (TƏM) yaradıb. Bu barədə Trend "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Mərkəz təşkilati və texniki səviyyələrdə təhlükəsizlik məsələləri ilə məşğul olan təşkilatda mərkəzləşdirilmiş vahiddir.

TƏM binanın və ya tikintinin daxilində heyətin məlumatların işlənməsi texnologiyalarından istifadə edərək sayta nəzarət etdikləri mərkəzi yerdir.

Mərkəz İranın "Pishgamane Kavir" İT şirkəti tərəfindən yaradılıb.

Hazırda TƏM test rejimində çalışır və iyulun 18-də tam gücü ilə fəaliyyətə başlayacaq.

Mərkəzin yaradıcılarından biri, "Pishgamane Kavir" İT Şirkətlər Qrupunun müəssisələrindən birinin rəhbəri Məhəmməd Əli Aqilinin sözlərinə görə, bu, İranda öz növünə görə ilk təhlükəsizlik mərkəzidir. Onun fəaliyyəti şəbəkələrin, məlumat bazasının və veb-saytların monitorinqinə, qiymətləndirilməsinə və müdafiəsinə yönəldilib.

"Şəbəkədə təhlükəsizliyin hər hansı pozuntusu və ya şəbəkəyə özbaşına müdaxilə vandalizm kimi qiymətləndirilə bilər və biz müvafiq yolla buna yanaşacağıq", - Aqili deyib.

O əlavə edib ki, Mərkəz yalnız bank sistemində deyil, həm də sığorta şirkətlərində, dövlət və hərbi təşkilatlarda, həmçinin özəl şirkətlərdə kiber-zəifliklərə nəzarətin təminatı üçün işləyəcək.

Aqili həmçinin bildirib ki, TƏM təxminən 100 şəbəkəyə eyni zamanda nəzarət edəcək. Əgər lazım gələrsə, bu rəqəm gələcəkdə böyüdüləcək.

Qeyd edək ki, aprel ayında "Flame" kompüter virusu İranın əsas neft anbarlarının serverlərini sıradan çıxarıb. Eyni zamanda, İran bildirir ki, yüksək səviyyəli kiber-müdafiənin şəxsi proqramının köməyi ilə virusların hücumundan müdafiə olunmaq iqtidarındadır.

İran tərəfi bildirib ki, "Flame" sonrakı gizli əməliyyata yalnız hazırlıq mərhələsi idi.

Xəbər lenti

Xəbər lenti