...

Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

Siyasət Materials 13 İyul 2012 18:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti fransalı həmkarını təbrik edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.

"Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Fransa münasibətləri hərtərəfli inkişaf yolundadır. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin daim genişlənməsi zəminində əməkdaşlığımızın bir sıra sahələrdə dərinləşməsi tərəfdaşlığımızı səciyyələndirən amillərdəndir.

Biz Fransanın regionumuzda sülhün və sabitliyin bərqərar olması işinə maraq və dəstəyindən məmnunluq duyuruq. Bu baxımdan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səyləriniz sayəsində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə və ədalətli həlli işində tezliklə real nəticələr əldə olunacağına ümidlər bəsləyirik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına sülh və rifah diləyirəm", - Trend-in məlumatına görə, Azərbaycan Prezidentinin təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti