...

Azərbaycan və İtaliya müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 18 İyul 2012 16:45 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov çərşənbə günü Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Biaso Abratenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və İtaliya müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir M.Əliyev/

Müdafiə sənayesi naziri Yavər Camalov çərşənbə günü Azərbaycanda səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Biaso Abratenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazir Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Biaso Abrate səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi iştirak edib.

Xəbər lenti

Xəbər lenti