Azərbaycan, Bakı, 18 iyul /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foksu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.