Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyə Suriyanın Hələb şəhərindəki konsulu Adnan Keçicini geri çağırıb. Bu barədə Trend bazar ertəsi "TRT Haber" telekanalına istinadən məlumat verir.
Konsul məsləhətləşmələrin aparılması üçün Ankaraya çağırılıb.