...

Ramin Mehmanpərəst: İran və Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir

Siyasət Materials 24 İyul 2012 11:44 (UTC +04:00)
İran və Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir və iki ölkə arasında tarixi, mədəni bağlılıqlar var.
Ramin Mehmanpərəst: İran və Azərbaycan əlaqələri çox yaxşı səviyyədədir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir və iki ölkə arasında tarixi, mədəni bağlılıqlar var. Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bu gün keçirilən həftəlik mətbuat konfransında deyib. Trend-in məlumatına görə, bu barədə İRİNN telekanalı xəbər verir.

Mehmanpərəst bildirib ki, iki ölkə arasındakı yaxşı münasibətlər bəzi qüvvələri narahat edir, bunun üçün hər iki ölkə rəhbərləri ayıq olmalıdır və bu yaxşı münasibətlərin korlanmasına icazə verməməlidir.

XİN sözçüsü əldə olunmuş razılıq nəticəsində yaxın gələcəkdə Azərbaycan və İran münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti