...

ABŞ Dövlət Departamenti: Azərbaycan dövləti dini qrupların çoxunun fəaliyyətinə mane olmur

Siyasət Materials 31 İyul 2012 14:53 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək bürosu 2011-ci il ərzində beynəlxalq dini azadlığın müdafiəsi haqqında məruzə dərc edib.
ABŞ Dövlət Departamenti: Azərbaycan dövləti dini qrupların çoxunun fəaliyyətinə mane olmur

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək bürosu 2011-ci il ərzində beynəlxalq dini azadlığın müdafiəsi haqqında məruzə dərc edib.

"Martda Azərbaycanın müsəlman, yəhudi, katolik və provaslav icmaları ABŞ hökumətinin antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndəsi və müsəlman icmasının xüsusi nüamyəndəsi ilə söhbətdə cəmiyyətdə və hakimiyyətdə dini tolerantlıq və dinlərarası əməkdaşlığın nümunələrini göstəriblər", - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin saytında dərc edilən məruzədə deyilir.

Məruzədə, həmçinin Azərbaycanda dini mühitin yaxşılaşması nümunələri - yeni sinaqoq, məscidlərin açılması, habelə Roma-katolik kilsəsinin qeydiyyata alınması göstərilib. "Bundan başqa, Azərbaycan hökuməti Vatikan ilə ölkədə katolik kilsəsinin hüquqi statusu haqqında saziş imzalayıb", - hesabatda deyilir.

Məruzəyə əsasən, 2011-ci ildə Aşura günündə iştirak edən insanların həbs edilməsinə dair heç bir məlumat olmayıb. Məruzəyə görə, ənənəvi özünə əziyyət verməyin əvəzinə, donor qanın verilməsi rəsmən tövsiyyə edilib.

Xəbər lenti

Xəbər lenti