...

Peru Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında maraqlıdır

Siyasət Materials 2 Avqust 2012 13:14 (UTC +04:00)
Peru Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Xarici Ticarət və Turizm Naziri Jose Luis Silva Martinot ilə görüş keçirib.
Peru Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında maraqlıdır

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Peru Respublikasına səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Xarici Ticarət və Turizm Naziri Jose Luis Silva Martinot ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Jose Martinot ilk öncə ölkəsinin iqtisadiyyatı və ticarət əlaqələri barədə məlumat verib və Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib. Turizm sahəsində həm Avropa, həm də Latın Amerikası ölkələri ilə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdıran Jose Martinot ölkəsinin əlverişli investisiya mühitindən söz açıb.

O, həmçinin Azərbaycandan investisiya cəlb edilməsi üçün müvafiq imkanların yaradılmasına hazır olduqlarını bəyan edib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və Azərbaycanla Peru arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün müxtəlif səviyyəli səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin energetika sahəsində müxtəlif materiklərdəki ölkələrlə, o cümlədən Latın Amerikası dövlətləri ilə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdıran Elmar Məmmədyarov bu sahədə əməkdaşlığın yaradılmasının hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edib.

Sonda Elmar Məmmədyarov Jose Martinotu Azərbaycana rəsmi səfərə dəvət edib. Öz növbəsində Perulu Nazir dəvəti məmnuniyyətlə qəbul edib və iş adamlarından ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etmək əzmində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti