...

ABŞ senatoru Azərbaycanda səfərdədir

Siyasət Materials 6 Sentyabr 2012 10:07 (UTC +04:00)

Azərbaycan, Bakı, sentyabr 5 /Trend, müxbir E.Mehdiyev/

Vaşinqton Ştatının senatoru Liza Braun Azərbaycanda dördgünlük səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirlik və Birləşmiş Millətlər Demokratiya Fondu (BMDF) tərəfindən maliyyələşdirilən səfər çərçivəsində senator Braun Gəncə, Yevlax və Qazaxda olacaq.

O, ölkənin hər tərəfindən olan tələbələr və gənc liderlərlə qadın siyasətçi kimi təcrübəsini bölüşəcək, ABŞ-da qadınların vətandaş cəmiyyətində iştirakı, ABŞ və Azərbaycanda qadın liderlərin vacib xüsusiyyətlərini müzakirə edəcək.

Senator Braun Vaşinqton Ştat Qanunvericilik hakimiyyətinə 1992-ci ildə seçilib.

Xəbər lenti

Xəbər lenti