...

İlham Əliyev Ümumdünya Turizm Agentliyinin Baş direktorunu qəbul edib

Siyasət Materials 6 Sentyabr 2012 17:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ümumdünya Turizm Agentliyinin Baş direktoru Taleb Rifaini qəbul edib.
İlham Əliyev Ümumdünya Turizm Agentliyinin Baş direktorunu qəbul edib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ümumdünya Turizm Agentliyinin Baş direktoru Taleb Rifaini qəbul edib.

Dövlətimizin başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğuladı. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Ümumdünya Turizm Agentliyi ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən Baş direktor Taleb Rifai hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğuladı. Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən götürülmüş sitatların dərc olunduğu Prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlətimizin başçısına təqdim etdi.

Kitabda Azərbaycanın Dünya Turizm Təşkilatının "Qızıl Kitab" hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.

Xəbər lenti

Xəbər lenti