...

Azərbaycan Prezidenti Niderland Baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 13 Sentyabr 2012 17:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Niderland Baş nazirinin müavinini qəbul edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maksim Verhagen Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Niderland Krallığının Bakıda səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli əlaqələrimizin inkişafında irəliləyişlərin olduğunu vurğulayan Maksim Verhagen bu əlaqələrin gələcək illərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. O, Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu qeyd etdi. İkitərəfli münasibətlərimizin genişləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmini diqqətə çatdıran Azərbaycan Prezidenti ölkələrimiz arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu dedi.

Görüşdə Niderland şirkətlərinin ölkəmizdəki geniş və uğurlu fəaliyyəti vurğulandı, neft-qaz sektoru, daşımalar, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti