...

GUAM XİN Şurasının gündəliyi razılaşdırılıb

Siyasət Materials 14 Sentyabr 2012 18:17 (UTC +04:00)
GUAM-ın milli əlaqələndiriciləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyini razılaşdırıblar.
GUAM XİN Şurasının gündəliyi razılaşdırılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

GUAM-ın milli əlaqələndiriciləri Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyini razılaşdırıblar.

GUAM Milli Əlaqələndiricilər Şurası (MƏŞ) BMT Baş Assambleyası (Nyu-York, 2012-ci il, sentyabr) çərçivəsində XİNŞ-in 18-ci iclasının müvafiq sənəd layihələrini və məsələləri nəzərdən keçirib və GUAM-ın 15 illiyinə həsr olunmuş XİNŞ-in növbədənkənar 19-cu iclasının bu il oktyabrın 10-da Kiyevdə təşkilatın Katibliyində keçirilməsi haqqında təşəbbüsü müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Şuranın məlumatında deyilir.

MƏŞ siyasi qarşılıqlı təsir, sahə üzrə əməkdaşlıq və təşkilat fəaliyyəti məsələlərinə, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələlərini nəzərdən keçirib.

Milli Əlaqələndiricilər Şurası GUAM PA-nın Gürcüstandakı parlament seçkilərinə (1 oktyabr, 2012-ci il), eləcə də Ukraynanın Ali Radasına seçkilərə (28 oktyabr, 2012-ci il) müşahidəçilər göndərmək təklifini dəstəkləyib və GUAM PA sədrinin onun növbəti iclasının Bakıda 19-20 dekabr tarixində keçirilməsi barədə qərarını alqışlayıb.

MƏŞ sahələr üzrə, xüsusilə nəqliyyat, turizm, iqtisadiyyat və ticarət sahəsində, mədəniyyət, elm və təhsil, energetika, həmçinin mütəşşəkkil cinayətkarlıq və çirkli pulların yuyulması ilə mübarizə üzrə işçi qruplarınım fəaliyyətini də nəzərdən keçirib.

Xəbər lenti

Xəbər lenti