...

Bakıda Koreya şirkətlərinin istehsal etdiyi müdafiə təyinatlı məmulatların təqdimatı keçirilib

Siyasət Materials 20 Sentyabr 2012 13:18 (UTC +04:00)
Bakı şəhərində Koreya Respublikasının qabaqcıl şirkətləri tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatların təqdimat mərasimi keçirilib.
Bakıda Koreya şirkətlərinin istehsal etdiyi müdafiə təyinatlı məmulatların təqdimatı keçirilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Bakı şəhərində Koreya Respublikasının qabaqcıl şirkətləri tərəfindən istehsal olunan müdafiə təyinatlı məmulatların təqdimat mərasimi keçirilib.

Trend-in Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimatda nazirliyin nümayəndələri də iştirak edib.

Məlumata görə, sentyabrın 20-də, həmçinin Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Koreya Respublikasının Müdafiəyə Nail olunması Proqramı Administrasiyasının sədri Chung Jae Woon-un başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirilib.

Nazir müavini Yəhya Musayev nümayəndə heyətinə nazirliyin yaranması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Görüşdə Koreya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin başçısı Chung Jae Woon səmimi qəbula görə minnətdarlığını bildirib.

Səfər çərçivəsində nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məmulatlarla tanış olması üçün nazirliyin Elektron Hesablayıcı Maşınları zavoduna ziyarəti nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti