Azərbaycan Avropa Şurasının beynəlxalq forumunda təmsil olunacaq

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Dünya Azərbaycalı Gənclər Birliyi (DAGB) Avropa Şurasında keçiriləcək beynəlxalq forumda təmsil olunacaq.
Birlikdən Trend-ə verilən məlumata görə, Fransanın Strasburq şəhərində oktyabrın 5-11-də Avropa Şurasının "Demokratiya: Köhnə modellər və yeni reallıqlar" beynəlxalq forumu keçiriləcək.
Forumda DAGB-ni Strasburq nümayəndəsi Fuad Məmmədov təmsil edəcək. O, iştirakçılar qarşısında Azərbaycan haqqında geniş təqdimatla çıxış edəcək.
Forumda bir sıra yüksəksəviyyəli siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq əlaqələr üzrə ekspertlərin, Nobel mükafatçılarının və beynəlxalq medianın iştirakı gözlənilir. Forum çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək.
Forumda, həmçinin MDB-yə üzv olan ölkələrin gənc millət vəkilləri və gənc liderlərinin seminarı təşkil olunacaq.