...

Bakıda “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir

Siyasət Materials 25 Sentyabr 2012 11:33 (UTC +04:00)
Bakıda "Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması" mövzusunda kurs keçirilir.
Bakıda “Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması” mövzusunda kurs keçirilir

Azərbaycan, Bakı,25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Bakıda "Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması" mövzusunda kurs keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Böyük Britaniyanın Müdafiə Akademiyası və Azərbaycanın Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən kursda nazirliyin hərbi qulluqçuları ilə yanaşı, Xarici İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizəsi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak edirlər.

Kursda təhlükəsizlik məsələləri, müdafiə sektorunun təşkili, beynəlxalq terrorizm və antiterrorizm, böhranların idarə olunması, siyasətin formalaşdırılması, milli təhlükəsizlik strategiyası, beynəlxalq əməliyyatlar, güc tətbiq etmə hüququ, insan resurslarının, informasiyanın və islahatların idarə edilməsi məsələləri müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti