...

Əhməd Davudoğlu: İran Suriyada qan tökülməsinin qarşısını almaq üçün öz nüfuzundan istifadə etməlidir

Siyasət Materials 27 Sentyabr 2012 12:25 (UTC +04:00)
İran Suriyada qan tökülməsinin qarşısını almaq və böhranın nizamlanması üçün öz nüfuzundan istifadə etməlidir.
Əhməd Davudoğlu: İran Suriyada qan tökülməsinin qarşısını almaq üçün öz nüfuzundan istifadə etməlidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

İran Suriyada qan tökülməsinin qarşısını almaq və böhranın nizamlanması üçün öz nüfuzundan istifadə etməlidir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda İran Prezidenti Mahmud Əhmədinejadla görüşündə bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Turk" telekanalı xəbər verib.

Davudoğlunun fikirncə, Suriya böhranının həlli üçün Misir, İran və Türkiyənin üçtərəfli görüşünün keçirilməsi çox vacibdir. O, həmçinin bildirib ki, Qahirədə sonuncu üçtərəfli görüş çox vacib idi.

Öz növbəsində, Əhmədinejad bəyan edib ki, İran Suriya böhranının dinc və diplomatik yolla həlli üçün hər cür səy göstərir və bu istiqamətdə gələcəkdə də işləyəcək.

Tərəflər İslam dünyasının başqa problemlərini, o cümlədən Qərbdə artmaqda olan islamafobiya məsələsini, Somalidəki ərzaq böhranı və Myanmada müsəlmanların vəziyyətini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti