Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyədə terrorla mübarizə hər hansı dözümlülük və tolerantlıq olmadan tam qətiyyətlə davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Abdullah Gül özünün "Twitter" soail şəbəkəsindəki səhifəsində yazıb.
Çərşənbə günündən Türkiyə İraqla sərhədə hərbi texnika toplamağa başlayıb.
Baş Qərargahın məlumatına əsasən, Türkiyə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı "Payız təmizliyi" (''Sonbahar temizliği") adı altında hərbi əməliyyat aparmaq niyyətindədir.