...

Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Sentyabr 2012 13:32 (UTC +04:00)
Bəzi fikir ayrılıqlarına baxmayaraq, Bakı və Moskvanın münasibətləri sabit müsbətdir və biz bu münasibətləri dəstəkləməliyik.
Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi müzakirə edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bəzi fikir ayrılıqlarına baxmayaraq, Bakı və Moskvanın münasibətləri sabit müsbətdir və biz bu münasibətləri dəstəkləməliyik. Trend-in məlumatına görə, Rusiya Siyasi Konyunktura Mərkəzinin və Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev belə hesab edir.

"Azərbaycan-Rusiya münasibətlərinin bugünkü vəziyyəti yaxşıdır və əminəm ki, bu münasibətlər Xəzərdə sabitliyin amilidir və burada Azərbaycanın rolu böyükdür", - Mixeyev "Rusiya-Azərbaycan: münasibətlərin 20 ili" mövzusunda keçirilən Bakı-Moskva çoxmedialı telekörpünün gedişində bildirib.

Tədbir sentyabrın 30-da qeyd olunacaq Rusiya və Azərbaycan arasında azad ticarət haqqında sazişin imzalanmasının 20 illiyinə həsr olunub.
Politoloqun fikrincə, Bakı və Moskva arasında anlaşma Xəzər regionu üçün vacib olan sabitliyin təməlindəki əsas məsələlərdən biridir.

Mixeyevin qeyd etdiyi kimi, münasibətlərin iqtisadi ölçüsü yaxşı inkişaf edir, lakin investisiyalar və innovasiyalar sahəsində də daha yaxşı ola bilər. O hesab edir ki, bu, əməkdaşlığın perspektivli sahəsidir.

Azərbaycanlı politoloq, Siyasi Xəbərlər Agentliyinin (SXA) Azərbaycandakı müxbir mənntəqəsinin ilk rəhbərlərindən biri Rasim Ağayev də iki ölkə arasındakı münasibətlərin səviyyəsindən razıdır.

Onun sözlərinə görə, hakim elita dostun dostsuz yaşamasının çətin olduğunu anlayır. Rusiya böyük investisiya və innovasiya potensialına malikdir ki, bu da Azərbaycan üçün əlverişli ola bilər.

"Lakin Dağlıq Qarabağ münaqişəsi indiyədək problem olaraq qalır. Bununla bağlı Moskva ərazi bütövlüyü məsələsinə adekvat yanaşma hazırlamalıdır", - politoloq qeyd edib.

"Şimal-Cənub" Siyasi Mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov hesab edir ki, ikitərəfli münasibətlər sahəsində həll edilməyən məsələlər xoş niyyət ilə həllini tapa bilər.

"Yaddan çıxartmaq olmaz ki, ictimai sektor, maarifləndirici və gənclər strukturunun güclü kommunikasiya resursu var. Qeyri-hökumət sektorunun qarşılıqlı fəaliyyətinin yeni meydançasını yaratmaq lazımdır ki, bu da iki ölkənin müxtəlif sahələrdə fəaliyyətinə yardım edəcək", - Vlasov deyib.

Onun sözlərinə görə, ictimaiyyət, təşkilatlar Moskva və Bakının qarşılıqlı fəaliyyətinə dair məsələlərdə bir yerə toplaşmalıdır.

"New Baku Post" qəzetinin redaktoru Tofiq Abbasovun fikrincə, hazırda iki ölkə münasibətlərinin yeni başlanğıcı haqqında danışmaq olar. "Rusiya və Azərbaycan arasında dilaoq və fəaliyyəti inkişaf etdirmək üçün hökumətlərin iradəsi var", - Vlasov vurğulayıb.

M.V. Lomonosov adına MDU-nun İnformasiya-analitik mərkəzinin baş direktorunun müavini, MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyevin fikrincə, Azərbaycan diasporu ikitərəfli münasibətlərin möhkəmləndirilməsində böyük rol oynayır. O, qeyd edib ki, həll edə bilməyəcəyimiz elə bir problem yoxdur.

"Həmişə müsbət inkişaf üçün şəraitimiz olub. İndiki telekörpü problemlərin həlli və həll edilməyən məsələlər üçün yaxşı tendensiyadır", - Ağakiçiyev əlavə edib.

MDU-nun İnformasiya-analitik mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev telekörpü zamanı deyib ki, iki ölkə həyata keçirilməsi mümkün ola biləcək maksimum hər şeyi reallaşdırıb, lakin hələ inzibati məsələlərdə bir çox nüanslar var, ümumilikdə qarşıda münasibətlərin yeni mərhələsi var. Onun sözlərinə görə, gələcəkdə hətta üçüncü ölkələrin birgə biznes layihələrinə cəlb edilməsi də mümkündür.

Xəbər lenti

Xəbər lenti