...

Elmar Məmmədyarov Pakistanın xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib

Siyasət Materials 28 Sentyabr 2012 16:33 (UTC +04:00)
BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirib.
Elmar Məmmədyarov Pakistanın xarici işlər nazirini Azərbaycana səfərə dəvət edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirib.

Cari ilin 27 sentyabr tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambelyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sent Vinsent Qrenadinin Baş naziri Ralf Everard Qonsalves ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sent Vinsent Qrenadinin baş naziri ölkəmizə səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb və ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, iki ölkə arasında iqtisadi münasibətlərin qurulması və inkişafı üçün geniş potensialın olduğunu qeyd edib və Azərbaycan şirkətlərini ölkəsində həyata keçirilən iri infrastruktur layihələrində iştirak etməyə dəvət edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Karib regionu ölkələri ilə əməkdaşlığa önəm verdiyini qeyd edib və bu əməkdaşlığn inkiaşfı üçün qarşıllıql əsasda iqtisadi missiyaların təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

Elmar Məmmədyarov BMT-nin Baş Assambelyasının 67-ci sessiyasında iştirakı çərçivəsində, həmçinin Pakistanlı həmkarı xanım Hina Rabbani Xar ilə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşıllıqlı səfərlərin intensivləşdirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hər iki ölkənin bu çərçivədə bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Görüş zamanı BMT-nin Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Pakistanlı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.

Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 28 sentyabr tarixində Türkmənistanın Baş nazirinin müavini, eyni zamanda xarici işlər naziri olan Rəşid Meredov ilə görüş keçirib.

Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə təhsil, mətbuat, iqtisadi, enerji və humanitar sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Nazir Elmar Məmmədyarov iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Türkmənistanlı nazir öz növbəsində rəsmi mətbuat agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasını təklif edib.

Hər iki nazir, həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti