...

Zakir Qaralov: Azərbaycanın prokurorluq orqanlarının əməkdaşlarının yol verdiyi neqativ təzahürlərə qarşı prinsipial mübarizə davam etdiriləcək

Siyasət Materials 29 Sentyabr 2012 09:31 (UTC +04:00)
Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları tərəfindən yol verilən bütün neqativ təzahürlərə qarşı qətiyyətli və prinsipial mübarizə xətti bundan sonra da eyni intensivliklə davam etdiriləcək. Trend-in məlumatına görə, bunu Baş prokuror Zakir Qaralov rəsmi “Azərbaycan” qəzetində dərc olunmuş yazısında bildirib
Zakir Qaralov: Azərbaycanın prokurorluq orqanlarının əməkdaşlarının yol verdiyi neqativ təzahürlərə qarşı prinsipial mübarizə davam etdiriləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları tərəfindən yol verilən bütün neqativ təzahürlərə qarşı qətiyyətli və prinsipial mübarizə xətti bundan sonra da eyni intensivliklə davam etdiriləcək. Trend-in məlumatına görə, bunu prokurorluq orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

Onun sözlərinə görə, ötən il və bu ilin ötən dövrü ərzində 13 prokurorluq əməkdaşı prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror bildirib ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində müvafiq olaraq 68 və 47 əməkdaş intizam qaydasında ciddi cəzalandırılıb.

Xidməti intizamın kobud pozuntusuna, müstəntiq və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə, cinayət xarakterli məlumatların araşdırılması zamanı qanunsuzluqlara və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərinin pozuntusu hallarına, cinayət qanunvericiliyi ilə təqib olunan əməllərə yol verdiklərinə görə müvafiq olaraq tən il 4, bu ilin ötən dövründə isə 9 əməkdaş prokurorluq orqanlarından xaric edilib. Onlardan 3-ü cinayət məsuliyyətinə cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti