...

Milli Məclis parlamentlərarası işçi qruplarına yeni sədrlər seçib

Siyasət Materials 1 Oktyabr 2012 16:41 (UTC +04:00)
Parlamentin bazar ertəsi keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik və əlavə edilib.
Milli Məclis parlamentlərarası işçi qruplarına yeni sədrlər seçib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclis parlamentlərarası işçi qruplarına yeni sədrlər seçib.

Parlamentin bazar ertəsi keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik və əlavə edilib.

Dəyişiklik və əlavəyə əsasən, Azərbaycan-Çili parlamentlərarası işçi qrupunun sədri Muxtar Babayev, Azərbaycan-Peru parlamentlərarası işçi qrupunun sədri Hacı Salayev, Azərbaycan-Uruqvay parlamentlərarası işçi qrupunun sədri isə Cavanşir Feyziyev təyin olunub.

İclasda parlamentin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı da təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti