...

Gürcüstan MSK səslərin təqribən 50 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Siyasət Materials 2 Oktyabr 2012 19:18 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 1773-dən (47,9 faiz) əldə edilən məlumatları hesablayıb.
Gürcüstan MSK səslərin təqribən 50 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 1773-dən (47,9 faiz) əldə edilən məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,1 faiz səslə liderliyini davam etdirir.

İkinci yerdə hakim "Vahid Milli Hərəkat" partiyası (41,03) qərarlaşıb.

Sonrakı yerləri, müvafiq olaraq, Georgi Tarqamadzenin Xristian Demokrat Hərəkatı (2,08 faiz) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası (1,29 faiz) tuturlar.

Xəbər lenti

Xəbər lenti