...

Xarici İşlər Nazirliyi ABŞ-da saxlanılan Azərbaycan vətəndaşına lazımi hüquqi və konsul köməyini göstərəcək

Siyasət Materials 7 Oktyabr 2012 23:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinin tapşırığı ilə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən saxlanmış Azərbaycan vətəndaşı Sevinc Tağıyevaya lazımi hüquqi və konsul köməyini göstərəcək. Bu barədə bazar günü Trend-ə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Hazırda səfirlik Tağıyevanın hansı məqsədlə ABŞ-da olmasını araşdırır. Hələ ki konsulluğun əməkdaşları onunla görüşə bilməyiblər. O, Hyuston şəhərində həbsdə saxlanılır.

ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanı ixrac prosedurlarının pozulmasında ittiham edirlər.

Abdullayevin sözlərinə görə, ABŞ-ın hüquq-mühafizə orqanları Tağıyevanın tutulmasından dərhal sonra bu barədə Azərbaycan səfirliyini xəbərdar edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hələlik saxlanılan digər vətəndaş - Şövkət Abdullayev barəsində dəqiq informasiya yoxdur.

Xəbər lenti

Xəbər lenti