...

Azərbaycan deputatı "Avronest"də Belarusdakı seçkilərin nəticələrini müzakirə edəcək

Siyasət Materials 8 Oktyabr 2012 16:11 (UTC +04:00)
Azərbaycan deputatı Asim Mollazadə bu həftə "Avronest"in iclasında Belarusdakı seçkilərin nəticələri və ölkənin ümumu mənzərəsini müzakirə edəcək.
Azərbaycan deputatı "Avronest"də Belarusdakı seçkilərin nəticələrini müzakirə edəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatı Asim Mollazadə bu həftə "Avronest"in iclasında Belarusdakı seçkilərin nəticələri və ölkənin ümumu mənzərəsini müzakirə edəcək.

Milli Məclisin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Mollazadənin də qatılacağı müzakirələr Brüsseldə "Avronest"in Belarus üzrə işçi qrupunun iclasında baş tutacaq.

Belçikaya səfər çərçivəsində deputat, həmçinin, Avronest Parlament Assambleyasının "Regional özünüidarəetmədə yerli hakimiyyətlərin rolu" mövzusunda keçiriləcək seminarda iştirak edəcək. Mövzu ilə əlaqədar Mollazadənin məruzə ilə çıxış edəcəyi gözlənilir.

Tədbirlər oktyabrın 10-dan 12-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti