...

Azərbaycanın hakim partiyasında kadr dəyişiklikləri olub

Siyasət Materials 8 Oktyabr 2012 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bütün rayon-şəhər təşkilatlarında hesabat-seçki yığıncaqları yekunlaşıb, yeni tərkib seçilib. Bunu Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Novruzovun sözlərinə görə, həm heyətdə, həm də şurada müvafiq dəyişikliklər olub, müəyyən rayonlarda müəyyən təşkilat sədirləri də yeniləri ilə əvəzlənib, yəni bu proses başa çatıb.

YAP-ın növbəti qurultayının keçirilməsinə münasibət bildirən Novruzov, qurultayın 2013-cü il prezident seçkiləri öncəsi keçiriləcəyini diqqədə çatdırıb.

"YAP-ın qurultayı prezident seçkiləri öncəsi keçiriləcək və bilirsiniz ki, Yeni Azərbaycan Partiyasının da yekdil namizədi var - Prezidentimiz İlham Əliyev. Bütün partiya üzvləri keçirilən konfranslarda da, indi keçirilən görüşlərdə də, o cümlədən Azərbaycan ictimaiyyəti də prezidentimizi yenidən Azərbaycan Respublikasının Prezidenti görmək istəyir", - o deyib.

Novruzov həmçinin qeyd edib ki, YAP-ın 20 illiyi ilə də bağlı tədbirlər keçirilir. "Hər bir rayon-şəhər təşkilatında idman yarışları və digər yarışlar keçirilir və bu proses davam edir", - millət vəkili deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti