...

Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 13 Oktyabr 2012 07:08 (UTC +04:00)
Texas ştatına səfəri çərçivəsində səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin Hyuston nümayəndəliyinin rəhbərliyi və üzvləri ilə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfiri Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Texas ştatına səfəri çərçivəsində səfir Elin Süleymanov Amerika Yəhudi Komitəsinin Hyuston nümayəndəliyinin rəhbərliyi və üzvləri ilə görüşüb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, görüş zamanı diplomat Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərdən bəhs edərək, İsrailin enerjiyə olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirib, Azərbaycanın digər dövlətlərlə yanaşı, İsrail səfirliyinin təhlükəsizliyinin təmininə xüsusi diqqət yetirildiyini qeyd edib.

Süleymanov, həmçinin, tarixən ölkəmizdə məskunlaşmış yəhudi icmasının cəmiyyətin bütün istiqamətlərində fəal iştirakını xüsusi vurğulayaraq, müsəlman və yəhudilərin müqəddəs dini kitablarına əsasən daha yaxın və ortaq dəyərləri bölüşdüyünü qeyd edib.

Azərbaycanın "tolerantlıq nümunəsi" adlandırıldığını bildirən səfir ölkə rəhbərliyi tərəfindən etnik və dini müxtəlifliyin təşviqinə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Komitə nümayəndələri terrorçuluq və radikalizmin bütün formalarına qarşı davamlı mübarizədə göstərdiyi qətiyyətli mövqeyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildiriblər və Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun nümunəvi məkanı kimi formalaşmış imici haqqında geniş Amerika ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti