Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclis ölkə Prezidenti İlham Əliyevin təqdimatı əsasında Konstitusiya Məhkəməsinə yeni hakimi təsdiq edib.
Trend-in məlumatına görə, həmin şəxs Nizami rayon prokuroru Mahir Muradovdur.
Mahir Muradov 2004-cü ildən Nizami rayonunun prokurorudur. O, 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunub.