...

Səfir: Azərbaycan və Litva müxtəlif sahələrdə münasibətləri genişləndirəcəklər (FOTO)

Siyasət Materials 22 Oktyabr 2012 17:24 (UTC +04:00)
Litvanın ənənəvi yaxşı tərəfdaşı olan və xoş hisslərin bağladığı, əla ikitərəfli münasibətləri getdikcə artan ölkədə - Azərbaycanda səfir işləməyə başlamaq çox xoşdur. Bu barədə Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas Trend-ə müsahibəsində bildirib.
Səfir: Azərbaycan və Litva müxtəlif sahələrdə münasibətləri genişləndirəcəklər (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Litvanın ənənəvi yaxşı tərəfdaşı olan və xoş hisslərin bağladığı, əla ikitərəfli münasibətləri getdikcə artan ölkədə - Azərbaycanda səfir işləməyə başlamaq çox xoşdur. Bu barədə Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas Trend-ə müsahibəsində bildirib.

"Bizim münasibətlərimizi "çox yaxşı və strateji" kimi xarakterizə etmək mümkündür. Bizim iyirmiyə yaxın hökumətlərarası sazişimiz var, yəni əlaqələrin hüquqi bazası ciddi qoyulub", - Jurauskas deyib.

Onun sözlərinə görə, indi iki ölkə bu əməkdaşlığın genişləndirilməsi üçün yeni yollar axtarmalıdır.

"Siyasi əlaqələr, iki ölkənin siyasi liderləri və parlamentləri arasında münasibətlər çox konstruktivdir", - səfir deyib.

Jurauskasın sözlərinə görə, əlaqələrin belə möhkəm əsası qoyulanda iqtisadiyyat, mədəniyyət, turizm, elmi-texniki əməkdaşlıq sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi prioritet olur.

Səfir qeyd edib ki, iki ölkənin daha çox ehtiyatları olduğu həmin ənənəvi sahələrə üstünlük veriləcək.

"İqtisadi sahədə əməkdaşlığın, insanlar arasında təmasların, turizm sahəsində əməkdaşlığın səviyyəsini artırmaq, mədəni əlaqələri, maarif müəssisələri və ali məktəblər arasında ünsiyyəti inkişaf etdirmək lazımdır. Bu sahələr prioritet olmalıdır. Bu, gücləndirilmiş iş tələb edən müxtəlif prioritetlərdir. Hesab edirəm ki, biz iş prosesində bu sahələrə daha çox yer ayıracağıq", - Jurauskas deyib.

Azərbaycan-Litva münasibətlərində uğurlar

Jurauskasın sözlərinə görə, Litva Bakıda öz səfirliyini 2007-ci ildə açıb. Bu müddət ərzində sazişlər imzalanıb, ikitərəfli iqtisadi münasibətlər, Litva ilə Azərbaycan arasında əmtəə dövriyyəsi səfirliyin fəaliyyət göstərdiyi ilk illərlə müqayisədə on dəfələrlə artıb.

O bildirib ki, əlbəttə, səfirliyin açılması, diplomatların işi, səfirin təyin edilməsi əməkdaşlığın sürətlənməsinə yeni təkan verib.

"Litvaya ağır zərbə vuran böhrana və xaricdəki diplomatik missiyaların azaldılmasına baxmayaraq, əməkdaşlıq yalnız genişlənib. Hesab edirəm ki, az qüvvə ilə nəzərəçarpacaq nəticələr əldə etmək mümkündür", - səfir deyib.

Əməkdaşlığın prioritet sahələri

Jurauskas hesab edir ki, XXI əsrdə ilk növbədə informasiya texnologiyalarına üstünlük verilir və bu, Litvanın Azərbaycan üçün faydalı olacağı sahədir. Onun sözlərinə görə, bu, əməkdaşlığın cəlbedici sahəsidir, çünki bu sahədə Litvanın təklif etmək imkanı mövcuddur; ölkənin informasiya texnologiyaları sahəsində qazandığı bir çox nailiyyətlər var.

Səfir deyib ki, noyabrn ayının əvvəlində Azərbaycanda keçiriləcək "BakuTel 2012" telekommunikasiya sərgisində səlahiyyətlərinə bu sahənin daxil olduğu nəqliyyat nazirinin başçılığı ilə Litvadan nüfuzlu nümayəndə heyəti iştirak edəcək.

"Biz burada əməkdaşlıq üçün böyük perspektiv görürük və azərbaycanlı həmkarlarımızdan əlaqələrin qurulmasında fəallıq gözləyirik", - Jurauskas bildirib.

O qeyd edib ki, bir çox şeylər vəd edən sahələrdən biri də logistikadır.

Səfirin sözlərinə görə, Litva Azərbaycan məhsullarının Qərbi Avropaya maneəsiz çata biləcəyi nəqliyyat dəhlizlərinə malikdir.

"Ölkəmizdə bu sahə çox inkişaf edib, o cümlədən Avropa İttifaqının fondları tərəfindən bu sektora xeyli investisiya qoyulur və burada Azərbaycanın imkanlarımızdan istifadə etməsinin əsl vaxtıdır", - səfir qeyd edib.

Jurauskasın sözlərinə görə, Litva ərazisindən boru kəməri marşrutları keçməsə də, ölkənin Azərbaycanın enerji resurslarından istifadə etmək imkanları var.

"Litvada maye qaz terminalı tikilir və bu, Azərbaycan tərəfindən Litvanın enerji təhlükəsizliyinin təmin edilməsi üzrə variantlardan biridir. Litva enerji mənbələrini genişləndirmək niyyətindədir, çünki hazırda bir qaz mənbəyinin olması ölkəni narahat edir", - səfir vurğulayıb.

O qeyd edib ki, Litvada kənd təsərrüfatı sektorunun yüksək səviyyəsini də unutmaq olmaz.

"Kənd təsərrüfatı məhsullarımıza, xüsusən ət və süd məhsullarına Azərbaycanda tələbat var. Bundan başqa, Azərbaycanda nərəkimilərin populyasiyasının bərpa edilməsi sahəsində Litva ilə əməkdaşlıq maraqlı ola bilərdi. Litva Azərbaycanda balıqların populyasiyasını bərpa etməyə kömək edə biləcək texnologiyalara malikdir", - Jurauskas deyib.

Onun sözlərinə görə, bu, Litva və Azərbaycanın əməkdaşlıq edə biləcəyi fundamental sahələrdir.

Aİ-nin enerji təhlükəsizliyində Azərbaycanın rolu

Səfir deyib ki, Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyində Azərbaycanın roluna münasibətdə Aİ-nin mövqeyi çox aydın və davamlıdır.

"Biz bütün layihələrə, təşəbbüslərə, TANAP və "Nabukko"ya diqqət ayırmışıq, ayırırıq və dəstəkləyirik. Bizim möqveyimiz sadədir: sizin nə qədər çox enerji resurlsarınız olsa, bir o qədər təhlükəsiz olarsınız və istehlakçılar da bir o qədər az ödəyər. Bu baxımdan rəqabət faydalıdır", - o bildirib.

Onun sözlərinə görə, Aİ də Azərbaycan rəhbərliyinin mövqeyini alqışlayır və İttifaq tərəfindən kömək təmin ediləcək. Belə ki, Azərbaycanın enerji layihələri Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi siyasətinin axarı ilə gedir. Səfir qeyd edib ki, burada Bakının bütün təşəbbüslərinə dəstək ən yüksək səviyyədə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti