...

İran Uçuşların Simulyasiya Mərkəzinin inşasına başlayıb

Siyasət Materials 30 Oktyabr 2012 15:58 (UTC +04:00)
İran Uçuşların Simulyasiya Mərkəzinin inşasına başlayıb. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Hərbi Hava Qüvvələri (HHQ) komandanının müavini Mənuçöhr Yəzdani bildirib.
İran Uçuşların Simulyasiya Mərkəzinin inşasına başlayıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Uçuşların Simulyasiya Mərkəzinin inşasına başlayıb. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Hərbi Hava Qüvvələri (HHQ) komandanının müavini Mənuçöhr Yəzdani bildirib.

"İranın artıq SU-24-də uçuşların təlimi üçün simulyatoru var, digər layihələr hələ ki öyrənilmə mərhələsindədir", - Yəzdani qeyd edib.

O, həmçinin F-14 qırıcı təyyarəsində uçuşların təlimi üçün simulyatoru xatırladaraq vurğulayıb ki, İran təxminən 10 il əvvəl bu layihəni həyata keçirməyə başlayıb və artıq üç ildir ki, uğurla fəaliyyət göstərir. Bundan başqa, İran iki il öncə İsfahan əyalətindəki hərbi bazada pilotların "Cobra" hərbi vertolyotlarını idarə etməsi üçün simulyatorlar istismara verib.

Yəzdaninin sözlərinə görə, bütün bu qurğular taktiki və hərbi uçuşları həyata keçirməyə imkan verərək, HHQ pilotlarına biliklərini gücləndirməyə yardım etmək məqsədi güdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti