...

Ərdoğan: Almaniyada terrorçu yuvaları olduqca fəaldır

Siyasət Materials 30 Oktyabr 2012 17:06 (UTC +04:00)
Almaniya Kürd Fəhlə Partiyası (PKK) terrorçularının yuvalarının olduğu Avropa ölkələri arasında əhəmiyyətli yer tutur.
Ərdoğan: Almaniyada terrorçu yuvaları olduqca fəaldır

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Almaniya Kürd Fəhlə Partiyası (PKK) terrorçularının yuvalarının olduğu Avropa ölkələri arasında əhəmiyyətli yer tutur. Trend-in çərşənbə axşamı "TRT Turk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfəri ərəfəsində bildirib.

Ərdoğanın sözlərinə görə, bu terrorçu yuvaları Almaniyada olduqca aktiv fəaliyyət göstərirlər. O, həmçinin əlavə edib ki, Almaniyanın rəsmi şəxsləri ilə görüşü zamanı bu məsələ gündəliyə daxil ediləcək.

Daha əvvəl Ərdoğan bəyan etmişdi ki, PKK-nın 13 min yaraqlısı Almaniyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti