...

İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Siyasət Materials 31 Oktyabr 2012 19:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - İnqilab günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Əlcəzair dostluğu və əməkdaşlığının xoş ənənələrini davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Əbdüləziz Buteflikaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti