...

Beyləqan rayonuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 1 Noyabr 2012 19:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Beyləqan rayonuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti