...

Azərbaycanda yaşayan ABŞ vətəndaşlarının səsverməsinin nəticələri elan olunub

Siyasət Materials 7 Noyabr 2012 08:51 (UTC +04:00)
Azərbaycanda yaşayan ABŞ vətəndaşlarının səsverməsinin nəticələri elan edilib.
Azərbaycanda yaşayan ABŞ vətəndaşlarının səsverməsinin nəticələri elan olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend, E. Mehdiyev/

Azərbaycanda yaşayan ABŞ vətəndaşlarının səsverməsinin nəticələri elan edilib.

Trend-in məlumatına görə, prezident seçkilərində Azərbaycanda səs vermiş seçicilərdən 289 nəfər hazırkı Prezident Barak Obamaya səs veriblər. Mitt Romni isə seçicilərin 91 səsini qazanıb.

İlkin məlumatlara əsasən, ABŞ-ın hazırkı Prezidenti Barak Obama seçici səslərinin sayına görə Mitt Romnini qabaqlayıb. Bu barədə ABŞ mediası xəbər verir.

Hal-hazırda Obama 238, Romni isə 191 səs toplayıb. Seçkilərdə qələbə qazanmaq üçün namizəd 270 səs toplamalıdır.

6 noyabr tarixində ABŞ-da 57-ci prezident seçkiləri başlayıb. Səsvermədən sonra Seçicilər Kollegiyası ölkənin yeni prezident və vitse-prezidentinin adlarını açıqlayacaq. Seçilmiş dövlət başçısı 20 yanvar 2013-cü ildə and içəcək.

Fəaliyyətdə olan Prezident Barak Obama ikinci müddətə Demokratlar Partiyasından namizəd kimi irəli sürülüb. Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni isə Respublikaçılar Partiyasının namizədidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti