...

Azərbaycan Parlamenti Tacikistanla təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması barədə sazişi təsdiq edəcək

Siyasət Materials 7 Noyabr 2012 15:28 (UTC +04:00)
Bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edilib.
Azərbaycan Parlamenti Tacikistanla təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması barədə sazişi təsdiq edəcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Tacikistan Respublikası hökuməti arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edilib.

Trend-in məlumatına görə, komitənin sədri Şəmsəddin Hacıyev deyib ki, Azərbaycan və Tacikistan hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişə əsasən, tərəflərin hər biri digər tərəfin müəlliflərinə və hüquq sahiblərinə məxsus olan əsərlərin məzmunun təhrif olunması, plagiatlıq və ya müəlifin şəxsi hüquqlarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görəcək, folklor nümunələrinin qorunmasına diqqət yetirəcək və yanlış məlumatlara yol verməyəcəklər.

Azərbaycan və Tacikistan hökumətləri arasında təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlırin qarşılıqlı tanlınması və ekvivalentliyi haqqında sazişə görə, Azərbaycanda verilən ümumi orta (tam) təhsil haqqında attestat, ilk peşə ixtisas təhsili haqqında diplom (tam orta təhsil almaqla) və Tacikistanda verilən ümumi orta təhsil haqqında şəhadətnamə və ilk peşə ixtisas təhsili haqqında diplom (ümumi orta təhsil almaqla) hər bir döbvlətin qanunvericliyinə uyğun olaraq, Azərbaycanda və Tacikistanda vətəndaşların orta ixtisas və ali təhsillərini davam etdirmək hüququ verən sənəd kimi tanınır.

Bununla yanaşı, Azərbaycan və Tacikistanın dövlət akkreditasiyası haqqında şəhadətnaməyə malik olan ali təhsil müəssisələri tərəfindən verilən bakalavr təhsili haqqında diplomlar işə qəbul zamanı ekvivalentdir. Hər iki ölkədə verilən magist diplomları da təhsili davam etdirdikdə ekvivalent olaraq tanınır.

Komitə adıçəkilən qanun layihələrini qəbul edərək Mlli Məclisin plenar iclasına tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti