...

ATƏT nümayəndəsi: Çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar

Siyasət Materials 10 Noyabr 2012 10:11 (UTC +04:00)
Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar.
ATƏT nümayəndəsi: Çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmaq lazımdır ki, jurnalistlər peşə fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar. Trend-in məlumatına görə, bunu şənbə günü "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bildirib.

"Elə şərait yaratmalıyıq ki, jurnalistlər məlumatı azad şəkildə əldə etsinlər. Jurnalistlərin də vəzifəsi ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər", - o deyib.

ATƏT-ə üzv olan bir çox ölkələrdə bu mövzuda tədbirlər keçirildiyini deyən nümayəndə qeyd edib ki, istənilən tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır.

Tədbirin Azərbaycan tərəfinin istəyi ilə həyata keçirildiyini deyən xanım Miyatoviç bildirib ki, bu tədbirlərin davamlı olması vacibdir.

"ATƏT-in KİV azadlığı üzrə nümayəndəliyi tövsiyələr verir. Bu, həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb. Biz problemləri araşdırmalıyıq", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti