...

Elmira Axundova: Dövlət büdcəsi xərcləri səmərəliləşdirilməlidir

Siyasət Materials 14 Noyabr 2012 12:54 (UTC +04:00)
Milli Məclisin deputatı Elmira Axundova çərşənbə günü dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı büdcə xərclərinin qənaətli sərf olunmasının vacibliyini vurğulayıb.
Elmira Axundova: Dövlət büdcəsi xərcləri səmərəliləşdirilməlidir

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatı Elmira Axundova çərşənbə günü dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı büdcə xərclərinin qənaətli sərf olunmasının vacibliyini vurğulayıb.

"Bakıda tez-tez yeni salınmış asfaltın təzədən qazılaraq su, kanalizasiya xətlərinin çəkilməsi və digər işlərin aparılmasının şahidi oluruq", - millət vəkili deyib.

Axundova qeyd edib ki, bu məsələlər Bakıda vahid idarəçiliyin olmaması səbəbindən baş verir.

"Hər bir sahəyə müvafiq qurum baxır və belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyəti hansısa bir işi görmür", - o deyib.

Millət vəkili qeyd edib ki, regionlarda yerli icra hakimiyyəti orqanları yeni başçıların göstərişi ilə bir çox hallarda ehtiyac olmayan yerlərdə yenidənqurma və tikinti işləri aparır, İcra Aparatı binaları yenidən təmir olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti