...

Qazaxıstanda ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək

Siyasət Materials 26 Noyabr 2012 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyi tərəfindən "Liderlik və şəxsiyyət" mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, seminarda Qazaxıstan Parlamenti Məclisinin deputatları, senatorlar, Qazaxıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, dövlət orqanlarının, elmi və pedaqoji qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Muzeyin direktoru A.Sağınğalı seminarı giriş sözü ilə açaraq, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimovun tədbirdə iştirak etdiyini bəyan edib və bildirib ki, 2013-cü ildə Azərbaycanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunacaq və muzey rəhbərliyi Astanadakı Azərbaycan səfirliyi ilə birlikdə ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq tədbir keçirmək niyyətindədir.

Bundan sonra söz alan Həşimov Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə həsr olunmuş "Müstəqil Azərbaycan Respublikasının qurulmasında və inkişafında şəxsiyyətin rolu" adlı məruzə ilə çıxış edib. Məruzə seminar iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirin sonunda səfir seminar iştirakçılarının çox saylı suallarına cavab verib.

Beynəlxalq seminar yerli mətbuat və televiziya orqanları tərəfindən geniş işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti